“Sabah”da daha bir ayrılıq

ESTAFET/ “Sabah” müqavilə müddəti bitən futbolçusu Filip İvanoviçlə yollarını ayırıb. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb. 

Bildirilib ki, 2018-ci ildən komandanın üzvü olan serbiyalı müdafiəçi ilə yeni müqavilə imzalanmayıb. 

Filip “Sabah”da 59 oyun keçirib. O, Bakı təmsilçisinin heyətində Saşa Stamenkoviçdən sonra ən çox oyun keçirən ikinci futbolçudur.

Qeyd edək ki, “Sabah” bunadək Təmkin Xəlilzadə ("Zirə"), Elçin Mustafayev ("Keşlə": icarəyə), Məhəmməd Mirzəbəyov, Amadu Diallo, Alvaro Vilyete, Kevin Kubemba, Dmitro Klots, Elşən Abdullayev və Ruslan Abışovla da vidalaşıb. 

Müəllif: Bəhruz MƏMMƏDOV