Luis Suaresə MLS-dən təklif

ESTAFET/ “Atletiko”nun futbolçusu Luis Suares yeni təklif alıb. “İnter Mayami” uruqvaylı hücumçuya 2 illik müqavilə təklif edib.

34 yaşlı forvardın ispaniyalılarla anlaşması 2022-ci ilin yayında başa çatacaq. MLS təmsilçisi də bundan yararlanmağı planlaşdırır.

Qeyd edək ki, Luis cari mövsümün 24 oyununda 8 qol vurub. (apasport.az)

Müəllif: Orxan NOVRUZOV