Koutinyo rəsmən "Aston Villa"da

ESTAFET/ “Barselona”nın yarımmüdafiəçisi Filipp Koutinyonun “Aston Villa”ya keçidi rəsmiləşib. Hər iki klub transferi rəsmi saytı vasitəsilə açıqlayıb.

Anlaşmaya əsasən, Braziliya millisinin üzvü mövsümün sonuna qədər Premyer Liqa klubuna icarəyə verilib. 30 yaşlı pleymeykerin maaşının böyük hissəsini ingilislər ödəyəcək. Gün ərzində Birminhemə yollanacaq futbolçu münasibətləri rəsmiləşdirəcək. “Aston Villa” onu mövsümün sonunda birdəfəlik transfer etmək hüququna malik olacaq.

Qeyd edək ki, Filipp Koutinyonun “Barselona” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir.

Müəllif: Natiq NƏSİROV