Samir Sabirin getdiyini təsdiqlədi

ESTAFET/ “Sabirin getməyini nə rəhbərlik, nə də mən istəyirdim”. Bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov yarımmüdafiəçi Sabir Buqrinin komandanı tərk etməsinə münasibət bildirərkən deyib.

Çalışdırıcı Tunis klubu “Esperans”la anlaşan belçikalının gedişinə təəssüfləndiyini gizlətməyib: “Onu getməsi xoş hal deyil. Çünki Sabir aparıcı oyunçumuz idi. Onunla nə qədər oturub danışdıq da. Amma adamın fikri-zikri buranı tərk eləmək idi. Maddiyatın nə dərəcədə rol oynadığını bilmirəm. Düşündük ki, oyunçu bu fikirdədirsə, onun keçidindən biz niyə pul qazanmayaq”.

Qeyd edək ki, 2020-ci ilin yayında “Neftçi”yə keçən Sabir Premyer Liqada 37 oyun keçirib, 4 qol vurub. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV