KXDR Pekin-2022-də iştirakdan imtina etdi

ESTAFET/ KXDR Qış Olimpiya Oyunlarında iştirakdan imtina edib. Şimali koreyalılar Çinin paytaxtı Pekindəki yarışa qatılmayacaq.

Bununla bağlı Olimpiya Oyunlarının Təşkilat Komitəsinə rəsmi məktub ünvanlanıb. Asiyalılar bu addımı koronavirus pandemiyası və siyasi motivlərlə əsaslandırıb.

Qeyd edək ki, Pekin-2022 fevralın 4-dən 20-dək keçiriləcək.

Müəllif: Natiq NƏSİROV