Avropa Kubokuna 16 cüdoçu ilə

ESTAFET/ Mayın 7-8-də Fransanın Nant şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku yarışı keçiriləcək. Azərbaycanı turnirdə 16 oğlan cüdoçu təmsil edəcək.

Elxan Məmmədovun rəhbərlik etdiyi məşqçilər korpusu yarışda Turan Bayramov, Nurlan Kərimli (hər ikisi 60 kq), Qasım Vəlizadə, Elvin Bağırov (hər ikisi 66 kq), Məmmədrza Hacızadə, Vüsal Qələndərzadə, Qədir Hüseynov, Ömər Qarayev (hamısı 73 kq), Ömər Rəcəbli, İsmayıl Zamanov (hər ikisi 81 kq), Vüqar Talıbov, Nihad Şıxəlizadə (hər ikisi 90 kq), Ruslan Nəsirli, Sabir İsayev (hər ikisi 100 kq), Kənan Nəsibov və Hüseyn Məmmədova (hər ikisi +100 kq) şans verəcək.

Turnirdə 16 ölkədən ümumilikdə 315 cüdoçu iştirak edəcək.

Müəllif: Zaur HACIYEV