Məşqçilər üçün seminar keçiriləcək

ESTAFET/ May ayının 7-8-i Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında Azərbaycan Üzgüçülük Federasiyasının və Akademiyanın birgə təşkilatçılığı ilə üzgüçülük üzrə məşqçilər üçün seminar keçiriləcək.

Seminarın bir neçə hissədən ibarət olunacağı nəzərdə tutulub. Hər bir hissə iki gün davam edəcək. Tədbirdə Azərbaycanda inşa edilmiş Olimpiya Komplekslərinin, Bakı və Sumqayıt şəhərlərinin üzgüçülük hovuzlarında fəaliyyət göstərən məşqçilər, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-4 kurs əyani və qiyabi təhsil alan tələbələri iştirak edəcəklər. Seminarda ümumilikdə 170-ə yaxın məşqçinin iştirakı nəzərdə tutulur. Seminarı Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən dəvət olunmuş və hal-hazırda dünya rekordçusu macar üzgüçü Sebastyan Sabonun məşqçisi, üzgüçülük idman növü üzrə tanınmış məşqçi İvan Petrov keçəcək. Bu tədbir federasiyanın plan təqviminə uyğun olaraq təşkil olunub.

Müəllif: Natiq NƏSİROV