Dünya kuboku səyahətə çıxdı

ESTAFET/ Futbol üzrə dünya çempionuna verilən kubokun turu başlayıb. Bununla bağlı təşkil olunan tədbirdə ikiqat dünya çempionu Kafu və minlərlə azarkeş iştirak edib.

Qətərdə keçiriləcək DÇ-2022-nin qalibini təqdim olunacaq mükafat 54 müxtəlif ölkəni gəzəcək. Bu ölkələr arasında final mərhələsinin 32 iştirakçısının hamısı olacaq. Kubok 6 aylıq səyahətdən sonra Qətərə çatacaq.

Qeyd edək ki, DÇ-2022 noyabrın 22-dən dekabrın 18-dək davam edəcək.

Müəllif: Zaur HACIYEV