Oğlanlar arasında ilk qaliblər bəlli oldu

ESTAFET/ May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gələcək. 

Yaşı 15-ə və 17-yə qədər olan oğlanlara arasında 49 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 141 kq (63+78) nəticə göstərən Orxan İmanov yaşı 15-ə qədər olan atletlər arasında qızıl medala yiyələnib. Toplam 120 kq (55+65) nəticə ilə isə Nihat Zairov ya.ə 17-yə qədər olan atletlərdə hamıdan güclü adını qazanıb.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.

Müəllif: Natiq NƏSİROV