Atletimiz AÇ-də körpücük üzərinə çıxdı

ESTAFET/ 28 may – 5 iyun tarixlərində Albaniyanın paytaxtı Tiranada keçirilən qadınlar və kişilər arasında Avropa çempionatı davam edir. Yarışda 39 ölkədən 289 atlet (145 qadın + 144 kişi) iştirak edirlər.

Çempionata Azərbaycan təmsilçisi də qatılıb. Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 172 kq-ı ram edib. Ancaq idmançımız qolundakı zədə üzündən yarışı davam etdirə bilməyib.

Müəllif: Natiq NƏSİROV