Şəhid ailələri və qazilər Azərbaycan Qran Prisinin fəxri qonaqlarıdır

ESTAFET/ Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Azərbaycan Qran Prisi iki illik fasilədən sonra yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır.

10-12 iyun tarixlərində keçirilən möhtəşəm Bakı yarışına II Qarabağ müharibəsində xalqımıza tarixi qələbəni yaşadan qəhrəman şəhidlərimizin ailə üzvləri və qazilərimiz fəxri qonaq qismində dəvət olunublar. Onlar Azərbaycan Qran Prisinin həyəcanını 3 gün ərzində canlı izləyə biləcəklər.

Müəllif: Natiq NƏSİROV