“Qalatasaray”ın yeni prezidenti müəyyənləşdi

ESTAFET/ “Qalatasaray” klubunda yeni prezident məlum olub. Bu gün Türkiyə təmsilçisində seçkilər keçirilib.

Eşref Hamamcıoğlu ilə sabiq prezident Dursun Özbək arasında keçən mübarizədən ikinci qalib ayrılıb. Rəqibini az səslə qabaqlayan Özbək yenidən “sarı-qırmızılılar”ın rəhbəri seçilib.

Qeyd edək ki, Dursun Özbək 2015-2018-ci illərdə “Qalatasaray” prezidenti olub.

Müəllif: Orxan NOVRUZOV