“Qarabağ” yaxşı komandadır” "Frayburq"un baş məşqçisi

ESTAFET/ Almaniyanın "Frayburq" klubunun baş məşqşisi Kristian Ştrayx futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə danışıb.

O, Azərbaycan çempionu ilə qarşılaşmanın maraqlı olacağını deyib:

“Qarabağ"ın oyununa baxmışam. Onlar, doğrudan da, yaxşı komandadırlar. Fikrimcə, maraqlı oyun olacaq. Hazırda bütün düşüncəmizi bu matça yönəltmişik".

Sentyabrın 8-də keçiriləcək "Frayburq" - "Qarabağ" matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.

Müəllif: Orxan NOVRUZOV