Para-atletimiz Elşən Quliyev Stokholm şəhərində qaçış üzrə biznes konfransında iştirak edib

Para-atletimiz Elşən Quliyev Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə İsveçin paytaxtı Stokholm şəhərində Avropa Atletika Federasiyasının təşkil etdiyi qaçış üzrə biznes konfransında iştirak edib. İdmançımız tədbirdən sonra konfransa həsr edilmiş Stokholm yarımarafonunda da iştirak edib. E.Quliyev 21.1 km məsafəni 1 saat 53 dəqiqəyə qət edərək marafonun xüsusi medalına layiq görülmüşdür.

Para-atlet E.Quliyev Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin dəstəyi ilə sentyabrın 25-i Tbilisi şəhərində keçiriləcək ənənəvi yarımarafonda da iştirak edəcəkdir. İdmançımıza uğurlar arzulayırıq.

Eyni zamanda “Go Sport Baku”-ya bütün yarışlarda idmançımıza göstərdiyi dəstək üçün xüsusi təşəkkürümüzü bildiririk.

Müəllif: Bəhruz MƏMMƏDOV