Lukas Hernandes əməliyyat olundu

ESTAFET/ Fransa millisinin DÇ-2022 çərçivəsində çıxdığı ilk oyunda - Avstraliya ilə matçda (4:1) zədələnən müdafiəçisi Lukas Hernandes əməliyyat olunub. 

Məlumatı "Bayern & Germany"nın rəsmi "Twitter" səhifəsi yayıb.

Xəbərə görə, 26 yaşlı futbolçu İnsbrukda dizindən əməliyyat edilib. O, bərpa müddətini Münhendə keçirəcək. Lakin yaşıl meydanlara nə zaman dönəcəyi bəlli deyil. 

Xatırladaq ki, Fransa yığması DÇ-dən öncə Kərim Benzema, Nqolo Kante, Pol Poqba, Presnel Kimpembe və Kristofer Nkunku kimi oyunçuları da itirmişdi. (Fanat.az)

Müəllif: Orxan NOVRUZOV