Kikboksinq üzrə Respublika Kuboku start götürüb

Bu gün Bakı İdman Sarayında kikboksinq üzrə yeniyetmə, gənclər və böyüklər arasında Respublika Kuboku start götürüb.

Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətinin məlumatına görə, "Low kick" və "Full Contact" versiyası üzrə keçirilən yarış 2023-cü il üçün millilərin heyətini müəyyənləşdirmək üçün keçirilir.

Dekabrın 9-u saat 16:00-dan etibarən yarışın qala gecəsi baş tutacaq. Qala gecədə böyüklər arasında seçilmiş 10 final görüşü keçiriləcək. Həmin gün Milli Məclisin sədr müavini, AKF fəxri prezidenti Adil Əliyevin iştirakı gözlənilir.

Müəllif: Bəhruz MƏMMƏDOV