Mingəçevirdə seçmə yarışlara start verildi

Mingəçevir Olimpiya-İdman Kompleksində  8,10,12,14,16 və 18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatının seçmə yarışlarına start verilib.

Yarışda Bakı şəhəri istisna olmaqla ölkənin 25 şəhər və rayonlarından müvafiq yaş qrupuna uyğun yeniyetmələr iştirak edir.

Seçmə yarışlarda iştirak üçün 312 şahmatçı qeydiyyatdan keçib. Onlar arasında 200 oğlan, 112 qız iştirakçı var.

Hər yaş qrupunda yüksək nəticə göstərən şahmatçılar Azərbaycan çempionatına vəsiqə qazanacaq.

Yarışın baş hakimi Raul Quliyevdi.

Azərbaycan çempionatının seçmə yarışları fevralın 2-də başa çatacaq.

Müəllif: Natiq NƏSİROV