Cüdoçularımız DÇ-nin ilk günündə tarixi uğur əldə etdilər
ESTAFET/ Azərbaycan cüdoçusu Mirxaliq İskəndərov Xorvatiyada keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
55 kq çəki dərəcəsində yer alan idmançı Fransa təmsilçisi Adrian Mivovanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn İskəndərov bürünc medala sahib çıxıb.
Daha əvvəl 50 kq-da Nihad Məmişov qızıl, Məhəmməd Məmişov isə bürünc medal əldə edib.
Beləliklə, Azərbaycan cüdoçuları ilk günü bir dəst medalla bitiriblər.