Yığmamız Avropa çempionatında daha bir gümüş medal qazanıb

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə Avropa çempionatı davam edir. Yarışın ikinci günündə Azərbaycan milli komandası aktivinə daha bir medal əlavə edib.

Yığmamızın heyətində Həmidreza Badrialiabadi fəxri kürsüyə yüksəlib. +80 kq çəkidə dayanqa çıxan taekvondoçumuz gümüş medala yiyələnib.

Bununla da millinin heyətindəki mükafatların sayı 2-yə çatıb. Bir gün öncə Cavad Ağayev (68 kq) də ikinci yeri tutub.

Estoniyada keçirilən gənclərin Avropa çempionatında da komandamız hələlik 2 medala sahib olub. Səlimə Quliyeva (42 kq) gümüş, Məhəmməd Həsənli (45 kq) bürünc mükafat qazanıb.

Qeyd edək ki, hər 2 yarış avqustun 26-da başa çatacaq.

Müəllif: Natiq NƏSİROV