Taekvondoçumuz dünya ikincisi olub

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyinə start verilib. Yarışın ikinci günü Azərbaycan milli komandası medalla başa vurub.

Yığmamızın heyətində Şəms Əlizadə (160 sm) fəxri kürsüyə yüksəlib. Taekvondoçumuz mundiala 1/16 finaldan başlayıb. O, Misir, Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Əlizadə finala gedən yolda Cənubi Koreya taekvondoçusunu məğlub edib. Şəms finalda Qazaxıstan idmançısı ilə üz-üzə gəlib. Gərgin keçən döyüşdə rəqib qələbə qazandığından yığma üzvü gümüş medala sahib olub.

Qeyd edək ki, dünya birinciliyi sentyabrın 1-dək davam edəcək.

Müəllif: Natiq NƏSİROV