GƏNC AĞIR ATLETLƏR AVROPA ÇEMPİONATINA HAZIRLAŞIR - VİDEO

ESTAFET/ Ağır atletika üzrə gənclərdən ibarət yığma komandamız təlim-məşq toplanışını davam etdirir. AAAF Park Yaşayış Kompleksində yerləşən mərkəzi bazada hazırlaşan atletlərimiz mütəmadi və intensiv məşqlərə ara vermirlər.

 

Oktyabrda Albaniyanın paytaxtı Tiranada keçiriləcək gənclər arasında Avropa çempionatında iştirak edəcək yığmamız həmin yarışdan medallarla qayıtmaq niyyətindədir. Millinin məşqçisi Elnur Hüseynov da yaradılan şərait, məşq və ümumi hazırlıq imkanlarından razılığını bildirib.