FEDERASİYA KOORDİNATORUNA AVROPADAN BÖYÜK ETİMAD

ESTAFET/ Belçikada 26-28 noyabr tarixlərində "Avropa regionu üzrə Beynəlxalq Laser sinfi Assosiyasiyası"nın (EurİLCA) ümumi illik yığıncağı keçirlib.


Yığıncağın keçirilməsinin əsas məqsədi yelkınli qayıqların "Laser" sinfi üzrə yarışların təşkili və mövcud standartların təkmilləşdirilməsi, habelə yarışan və maddi durumu aşağı olan yelkənçilərin yarışlarda iştirakına yardım edəcək xeyriyyə proqramının təşkil olunması, eyni zamanda yelkənçilərə məşqçi və yelkən məhsullarını əldə etmələrinə şərait yaratmaqdır.


Adıçəkilən tədbirdə Azərbaycanda Yelkənli İdman üzrə qısa zaman kəsiyində görülmüş işlər rəğbətlə qarşılanıb. Bildirilib ki, bu sahədə həyata keçirilən tədbirlər, əldə edilən nəaliyyətlər Yelkənli İdman Federasiyasının gələcəkdə daha böyük uğurlara imza atacağı barədə fikir bildirməyə əsas verir. Azərbaycanda Yelkənli İdmanın "Laser" sinfinin yeni yaranmasına baxmayaraq ölkəmizin 2018 – ci ildə "Laser 4.7" sinfi üzrə keçiriləcək Avropa çempionatına hazırlaşdığı yığıncaqda rəsmən bəyan edilib.


Qeyd edək ki, yığıncaqda Yelkənli İdman Federasiyasının idman işləri üzrə koordinatoru Burcu Algon Giorgianni EurİLCA-nın "Laser" sinfinin inkişafı komitəsinin sədri vəzifəsinə seçilmişdir.