Para-taekvondoçular Dünya Oyunlarında iştirak edəcəklər

ESTAFET/ Portuqaliyada IWAS versiyası üzrə fiziki qüsurluidmançıların Dünya Oyunları keçiriləcək. Bu gündən başlanacaq oyunlarda oxatma, yüngül atletika, üzgüçülük, stolüstü tennis və para-taekvando idman növü yer alıb. Dekabrın 6-da başa çatacaq Oyunlarda ölkəmizı para-taekvando milli yığma komandasının 12 üzvü təmsil edəcək.

 

Baş məşqçi Əvəz Tağıyevin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə noyabrın 30-da Portuqaliyaya yollanan millimizin idmançılarından Şəhmir İbadov (62 kq), Elimxan Manafov (61 kq), Nicat Müslimov (75 kq), Sadiq Həmidov (61 kq), Xəzər Mirzəyev (75 kq), Rövşən Qəhrəmanlı (61 kq), Əbülfəz Abuzərli (75 kq), İmaməddin Xəlilov (75 kq), Vüqar Adışirinov (75 kq-dan yuxarı), Hüseyn Həsənov (75 kq), Aynur Məmmədova (58 kq-dan yuxarı), Röyalə Fətəliyeva (58 kq) yarışlarda mübarizə aparacaq.