KİŞİLƏRDƏ 2 ÇƏKİDƏ ƏN GÜCLÜLƏR MÜƏYYƏNLƏŞDİ

ESTAFET/ Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında ağır atletika üzrə Azərbaycan Kuboku yarışları davam edir. Artıq yarışlarda çəkisi 50 və 56 kq olan kişilər də ən güclüləri müəyyən ediblər. 

 

50 kq çəki dərəcəsində toplam 154 kq (birdənqaldırmada 68 kq, təkanla qaldırmada isə 86 kq) nəticə ilə 15 yaşlı Xırdalan idmançısı Cavadov Ömər qalib gəlib. Neftçala təmsilçisi Tağıyev Əvəz 147 kq (65+82) çəkinin öhdəsindən gəlməklə  ikinci, Qobustan idmançısı Məmmədov Tehran isə 126 kq-la (60+66) üçüncü olub. 

 

56 kq çəki dərəcəsində təcrübəli paytaxt təmsilçisi Elmar Alıyev toplam 212 kq (birdənqaldırmada 92 kq, təkanla qaldırmada isə 120 kq) nəticə ilə qızıl medala sahib çıxıb. Lerikli atletlər Emin Mirzəyev (198 kq, 85+113) və İsmayıl Məmədov (197 kq, 88+109) müvafiq olaraq, gümüş və bürünc medallara sahib olublar.