Dünya çempionatına biletlərin qiyməti: DÇ-2018

ESTAFET/ Bu ilin ən mötəbər yarışı Rusiyada təşkil olunacaq futbol üzrə Dünya çempionatıdır desək yanılmarıq. Azarkeşlərin 4 ildən bir səbirsizliklə gözlədikləri futbol bayramı uzun müddət yaddaşlardan silinmir. 

 

Bəs sadiq azarkeşlər bu futbol bayramında iştirak etmək üçün nə qədər pul xərcləyəcəklər? Dünya çempionatının bütün oyunlarına kateqoriyalar üzrə olan bilet qiymətlərini təqdim edirik.   

 

 Oyun   1-ci kat.   2-ci kat.   3-cü kat.   4-cü kat.
 Açılış (№1)  550 USD  390 USD  220 USD  57 USD
 Qrup oyunları (№2-48)  210 USD  165 USD  105 USD  23 USD
 1/8 oyunları (№49-56)  245 USD  185 USD  115 USD  40 USD
 1/4 oyunları (№57-60)  365 USD  255 USD  175 USD  67 USD
 Yarımfinallar (№61-62)  750 USD  480 USD  285 USD  80 USD
 3-cü yer üçün (№63)  365 USD  255 USD  175 USD  67 USD
 FİNAL (№64)  1100 USD  710 USD  455 USD  125 USD

 

Müəllif: Natiq NƏSİROV