Yelkənli idmanın optipist sinfi üzrə federasiya kuboku

ESTAFET/ 2016-cı il üçün Yelkənli İdmanın Optimist sinfi üzrə Federasiya Kuboku yarışlarına start verildi.


Ölkənin idman tarixində ilk dəfə olaraq, 8-9 Sentyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikasının Yelkənli İdman Federasiyasının Kuboku uğrunda yarışlar keçirilir. Yarışlarda ötən dövr ərzində seçilmiş milli idmançılar iştirak edir və yarışa beynəlxalq dərəcəli mütəxəssislər - Burcu Algon Giorgianni, Seyhun Yıldız ve Tuğçe Subaşı hakimlik edir.

 

Yarışın nəticələri Azərbaycan Respublikasının Yelkənli İdman Federasiyasının (SFA) tərəfindən sentyabr ayının 9-da təşkil ediləcək və media nümayəndələrinin də qatılacağı mərasimdə elan ediləcəkdir. 

Müəllif: Natiq NƏSİROV