6-cı “Zirvə” Oyunlarının ilk karate yarışları keçirilib

ESTAFET/ Xırdalan şəhərində “Zirvə” Beynəlxalq İdman Klubunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş 6-cı “Zirvə” Oyunlarının ilk karate yarışları keçirilib.

 

Açılış mərasimində çıxış edən Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanının inkişafında və dünyada idman ölkəsi kimi tanınmasında xidmətlərini xatırladıb. O, Ulu öndərin layiqli davamçısı, ölkə prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın idmanda böyük uğurlar əldə etdiyini nəzərə çatdırıb. Y.Bəşirov “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərova karateni ənənəvi oyunların sırasına daxil etdiyinə və yarış üçün yaradılmış şəraitə görə minnətdarlığını ifadə edib.

 

Turnirin təşkilatçılarından “Zirvə” Beynəlxalq İdman Klubunun karate üzrə baş məşqçisi Rüstəm Əkbərov, yarışda 5-13 yaşlı oğlanların mübarizə apardığını və karateyə böyük marağı nəzərə alaraq, bundan sonra ənənəvi “Zirvə” Oyunlarının proqramında olacağını bildirib. Yarışın baş hakimi, beynəlxlaq hakim Cahangir Babayev uşaqlar arasında bu xatirə turnirində 300-dək oğlan karateçinin 88 medal dəsti uğrunda mübarizə apardığını söyləyib.

Müəllif: Orxan NOVRUZOV