Niyaldağda ekocığır istifadəyə verildi

ESTAFET/ Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Eko Trail” layihəsi uğurla davam etdirilir. Layihə Gənclər Fondunun növbəti qrant müsabiqəsinin qaliblərindən biri olmuşdur və əsas məqsədi Azərbaycan ərazisində yerləşən dağ və qoruqlarda ekocığırların hazırlanmasıdır.  

 

Layihə rəhbəri Nurlan Xudazarovun "Estafet"ə verdiyi məlumata görə, layihə çərçivəsində nəzərdə tutulan bütün işlər ardıcıllıqla həyata keçirilir. Belə ki, Niyaldağ ərazisində 1 məlumat lövhəsi və 11 istiqamət göstəricisindən ibarət olan yeni cığır hazırlanaraq istifadəyə verilmişdir. Hündürlüyü 2053 metr olan dağda salınan cığırın ümumi uzunluğu 1 istiqamətdə 6.8 km-dir.

 

Xatırladaq ki bu, sayca 2-ci ekocığırdır. Bundan öncə Şabran rayonu ərazisində yerləşən Çıraqqala ekocığırı hazırlanıb istifadəyə verilmişdi. Layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan növbəti iş Qrızdəhnə cığırının hazırlanması olacaq. 

Müəllif: Natiq NƏSİROV