Araz Abdullayev rəsmən “Qarabağ”da

ESTAFET/ “Qarabağ” “transfer pəncərəsi”nin son günündə növbəti transferini reallaşdırıb. Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb.

 

Müqaviləylə Yunanıstanın “Panionios” klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.

 

26 yaşlı vinger son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb. 

Müəllif: Məsim MƏSİMZADƏ