Gənc taekvondoçumuz Rusiyada çempion oldu

ESTAFET/ Bu gün Rusiyada taekvondo üzrə G1 kateqoriyalı beynəlxalq turnirə start verilib. Yarışda ölkəmizin gənclərdən ibarət Olimpiya komandası 4 idmançı ilə təmsil olunur.

 

Baş məşqçi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələri artıq yarışın ilk günü aktivinə qızıl medal əlavə edib.

 

45 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Hatəm Həsənli rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

Həsənlinin digər komanda yoldaşları Cavad Ağayev (-63 kq), Taleh Süleymanov (-73 kq) və Minayə Əkbərova (-46 kq) isə sabah mübarizəyə qoşulacaq. 

Müəllif: Orxan NOVRUZOV