VAR ÇL və AL-də də tətbiq olunacaq

ESTAFET/ UEFA İcraiyyə Komitəsinin İsveçrənin Nyon şəhərində iclası keçirilib. UEFA-nın rəsmi saytında verilən xəbərə görə, iclasda Video Köməkçi Hakim (VAR) sisteminin Çempionlar Liqasında istifadə ediləcəyi vaxt müəyyənləşib.

 

2019-cu ildə, ÇL-in İstanbula keçiriləcək finalında VAR sistemindən istifadə olunacağı bildirilib.

 

Bu sistemdən Avropa Liqasının 2020/2021 mövsümündə, 2020-ci ildə keçiriləcək Avropa çempionatında və UEFA Millətlər Liqasının 2021-ci il finallarında istifadə ediləcək.

 

İclasda həm də, Kosovo Futbol Federasiyası UEFA Hakimlər Konvensiyasının yeni üzvü olaraq təsdiq edilib. 

Müəllif: Natiq NƏSİROV