Millimizin ilk məğlubiyyəti

ESTAFET/ Batumidə (Gürcüstan) keçirilən 43-cü Şahmat Olimpiadasında bu gün 8-ci turun qarşılaşmaları oynanılıb. Geridə qalan 7 turdan sonra 1-ci yeri bölüşən kişilərdən ibarət yığmamız turnirin reytinq-favoriti olan ABŞ yığması ilə qarşılaşırdı. Təəssüf ki, millimiz Olimpiadada ilk məğlubiyyətlə barışmalı olub. 

 

Hesabında 11 xal olan qadınlardan ibarət yığmamız isə Gürcüstanın ikinci komandası ilə mübarizə aparırdı. Gənc şahmatçılarımız Xanım və Günayın qələbələri ilə millimiz medallara iddiasını davam etdirir. 

 

ABŞ - Azərbaycan  2,5:1,5

Fabiano Karuana (2827) - Şəhriyar Məmmədyarov (2820) 1:0
Teymur Rəcəbov (2751) - Uesli So (2776) 1:0
Hikaru Nakamura (2763) - Arkadi Naydiç (2721)  0,5:0,5
Rauf Məmmədov (2699) - Samuel Şenklend (2722) 1:0

 

1-3. Azərbaycan, Polşa, ABŞ - 13 xal.

 

Gürcüstan-2 - Azərbaycan  1,5:2,5

Salome Meliya (2391) - Günay Məmmədzadə (2438)  0:1
Zeynəb Məmmədyarova (2358) - İnqa Çarxalaşvili (2317) 0:1
Sofio Qvetadze (2325) - Xanım Balacayeva (2326)  0:1
Gülnar Məmmədova (2355) - Sofiko Xuxaşvili (2301)  0,5:0,5

 

Yığmamız 11 xalla 6-12-ci pillələri bölüşdürür 

Müəllif: Natiq NƏSİROV