Paşa İbrahimli kiçik gümüş qazandı

ESTAFET/ Oktyabr ayının 20-27-si tarixlərində Polşanın Zamots şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir. 35 ölkədən 383 atletin mübarizəyə qoşulduğu turnirdə Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.

 

Onlardan daha biri – Paşa İbrahimli yaşı 23-ə qədər olan gənclərin 69 kq çəki dərəcəsindəki mübarizəsində körpücük üzərinə çıxıb.

 

O, birdən qaldırma hərəkətində 136 kq-ı ram edərək 4-cü olub. Atletimiz təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin gümüş medalına sahib çıxıb.

 

Toplam 301 kq (136+165) nəticə ilə Paşa İbrahimli yekun sıralamada 4-cü yeri tutub. 

Müəllif: Natiq NƏSİROV