Zülfüqarovun idarə etdiyi oyunda türklər qalib gəldi

ESTAFET/ Qadın voleybolçular arasında CEV Çempionlar Liqasının qrup mərhələsinin oyunlarına start verilib. İstanbulda Vakıfbank İdman Sarayında baş tutan “Vakıfbank” - “Allianz MTV” görüşündə həmyerlimiz hakim funksiyasını yerinə yetirib.  

 

Belə ki, A qrupunda yer alan komandaların qarşılaşmasında həmyerlimiz Eldar Zülfüqarov iki referidən biri olub. O, çexiyalı həmkarı Vlastimil Kovarla birlikdə ədalət təmsilçisi olub.

 

Oyun isə Türkiyə klubunun almanlar üzərində 3:1 hesablı qələbəsi ilə nəticələnib. 

Müəllif: Bəhruz MƏMMƏDOV