Hekkinq 2020-ci ilədək Münhenqladbaxda qalacaq

ESTAFET/ Münhenqladbax “Borussiya”sının rəsmi saytının yaydığı xəbərə görə, klubun baş məşqçisi Diter Hekkinqin müqaviləsinin müddətini uzadılıb. Yeni müqaviləyə əsasən, alman mütəxəssis klubda hələ 2020-ci ilə qədər bu vəzifəni icra edəcək. 


Münhenqladbax “Borussiya”sı Bundesliqada 12 turdan sonra 23 xalla 2-ci pillədə qərarlaşıb. 

Müəllif: Orxan NOVRUZOV