“Qalatasaray” “Liverpul”un hücumçusunu istəyir

ESTAFET/ “Liverpul”un hücumçusu Divok Oriqi Türkiyəyə köçə bilər. Britaniya mətbuatının məlumatına görə, “Qalatasaray” onun transferində maraqlıdı.

 

“Sarı-qırmızılılar” hücum xəttində yaranan boşluğu qış fasiləsində məhz 23 yaşlı forvardla doldurmaq niyyətindədi. “Liverpul”da güclü hücum xətti ilə rəqabətdə uduzan belçikalı bu mövsüm Premyer Liqanın heç bir oyununda meydana çıxmayıb. Yalnız Çempionlar Liqasında “Srvena Zvezda” ilə (0:2) görüşdə sonradan mübarizəyə qoşulub.

 

Hücumçu oyun praktikasından əziyyət çəkdiyi üçün müntəzəm çıxış edəcəyi kluba keçmək niyyətindədi. Yeganə problem ondadı ki, “Qalatasaray” onu 6 aylıq icarəyə götürüb, yayda birdəfəlik transfer etmək istəyirsə, “Liverpul” hücumçusunu 20 milyon funt-sterlinqə satmağı planlaşdırır. 

 

Mənbə: Matç

Müəllif: Məsim MƏSİMZADƏ