"Başakşəhər" mövqüyini daha da möhkəmlətdi: Süperlig - XV tur

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında 15-ci turun oyunlarına yekun vurulub. İlk oyun günü baş tutan yeganə qarşılaşmada "Beşiktaş" Alnya səfərindən qolsuz bərabərliklə dönüb.

 

İkinci oyun günündə "Trabzonspor" 3 xalı 3 qolla əldə edib. "Qalatasaray" isə evdə rizəlilərin müqavimətini qıra bilməyib.

 

"Fənərbaxça"nın uğursuzluğu isə davam etməkdədir. Komanda bu dəfə Akhisar səfərində böyükhesablı məğlubiyyətlə barışmalı olub

 

Son oyun günü lider “Başakşəhər” “Ankaragücü”ylə üz-üzə gəlib və minimal hesablı qalibiyyətlə aktivinə daha 3 xal əlavə edərək mövqeyini daha da möhkəmləndirib.



Türkiyə Super Liqası, 2018/2019 mövsümü
15-ci turun oyunları


7 dekabr 2018


Alanyaspor - Beşiktaş 0:0


8 dekabr 2018


Sivasspor - Göztəpə 2:0
Qollar: Rıbalka 60 ()p., Duqlas 80


Trabzonspor - Konyaspor 3:0
Qollar: Rodalleqa 76 (p.), Ekuban 83, Onazi 89


Qalatasaray - Rizəspor 2:2
Qollar: Rodriqes 40, Derdiyok 58 : Umar 67, Samudio 80


9 dekabr 2018


Ərzurumspor - Yeni Malatyaspor 1:3
Qollar: Şçuk 44 (p.) : Donald 67, Tozlu 78, 90


Bursaspor - Antalyaspor 0:2
Qollar: Özkan 38 ()p., Erdinc 43


Akhisarspor - Fənərbaxça 3:0
Qollar: Bokila 26, Manu 82, Reqattin 90


10 dekabr 2018


Ankaragücü - Başakşəhər 0:1
Qol: Vişça 8


Kasımpaşa - Konyaspor 0:3
Qollar: Çeri 21 (p.), Turuç 70, Mensah 80 

Müəllif: Orxan NOVRUZOV