"Sumqayıt"ın ilk transferləri

ESTAFET/ "Sumqayıt" qış fasiləsində ilk transferlərini reallaşdırır. Komandanın baş məşqçisi Ayxan Abbasov açıqlamasında "Neftçi"nin qapıçısı Rəşad Əzizlinin keçidiylə bağlı razılığa gəldiklərini bildirib. Gənc mütəxəssis müqavilənin bu həftə imzalanmasıyla transferin rəsmiləçəcəyini söyləyib.

 

Azərbaycan Kubokunun yarımfinalçısı "Zirə"nin arxa xətt oyunçusu Adil Nağıyevin də transferini yekunlaşdırmaq üzrədi. Əvəzində "Sumqayıt"dan "Zirə"yə - yenidən Samir Abasovun rəhbərliyi altında oynamaq istəyən digər mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə əks düşərgəyə gedəcək.  

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV