Fabreqas 500-ə çatdı

ESTAFET/ Londonun "Çelsi" klubunun ispan xavbeki Sesk Fabreqas İngiltərə Premyer Liqasının 21-ci turunda ingilis klublarının heyətində 500-cü yubiley oyununa çıxıb. Komandasının "Sautqempton"la bərabərə qaldığı (0:0) oyunda Fabreqas 68-ci dəqiqədə əvəzetmədən meydana daxil olub. 

 

Xatırladaq ki, Fabreqas "Çelsi"də 2017-cü ildən çıxış edir. Bunadək o 2003-2011-ci illərdə Londonun digər klubu "Arsenal"da, 2011-2014-cü illərdə isə vətənində yetirməsi olduğu "Barselona"da forma geyinib. 

Müəllif: Orxan NOVRUZOV