Dekabrın ən yaxşısı Poqba oldu

ESTAFET/ "Mançester Yunayted"in fransız yarımmüdafiəçisi Pol Poqba azarkeş səsverməsinin nəticəsinə görə, dekabr ayında komandanın ən yaxşı futbolçusu seçilib. Bu haqda ingilis komandasının rəsmi saytı məlumat verib. 

Poqba səsvermədə yarımmüdafiəçi Cessi Linqard və hücumçu Markus Raşfordu qabaqlayıb.  

Xatırladaq ki, futbolçu dekabr ayı ərzində komandası ilə 5 oyuna çıxıb, 4 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib. Poqba bu nəticəni son 3 oyunda - Sulşerin komandanın sükanı arxasına keçməsindən sonra göstərib. 

Müəllif: Natiq NƏSİROV