"Pep dünyanın ən yaxşı məşqçisidir": Yurgen Klopp

ESTAFET/ Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində bu gün keçiriləcək "Mançester Siti" - "Liverpul" oyunu öncəsi qonaqların baş məşqçisi Yurgen Klopp oyundan gözləntilərini bölüşüb. İngilis mətbuatı onun fikirlərini aşağıdakı kimi çatdırıb:

 

"Pep mənim çox xoşuma gəlir və onun işinə heyranam. Mənim üçün o dünyanın ən yaxşı məşqçisidir. Bunu onun "Liverpul"un Avropanın və ya dünyanın ən yaxşı komandası olması haqda söylədiyi fikirlərə görə demirəm. O rəqəmləri demişdi. "Mançester Yunayted" və "Tottenhem" kimi komandalara qalib gələn zaman dünyanın ən yaxşı komandalarından biri olursan. Mənə görə "Mançester Siti" dünyanın ən yaxşı komandasıdır. Hansı ki qalib gəlmək istəyirik, bərabərə oynasaq da yaxşı olacaq. Mən hazırda onun üzərində işləyirəm ki, "Liverpul" rəqibi həmişə olduğu kimi yaxşı olmamağa məcbur etsin". 

Müəllif: Məsim MƏSİMZADƏ