Sulşer qol buraxmadıqlarına sevinir

ESTAFET/ "Mançester Yunayted"də baş məşqçi vəzifəsini icra edən Ole-Qunnar Sulşer Premyer Liqanın 21-ci turunda "Nyukasl"a qarşı oynadıqları oyunu şərh edib. İngiltərə mətbuatı norveçli mütəxəssisin şərhini aşağıdakı kimi təqdim edib:

 

"Nəhayət ki, biz əsl peşəkarlar kimi oynayıb qol buraxmadıq. Maksimumu göstərmədik, lakin vəziyyətə nəzarət etdik və qollar vurduq. İlk hissə bizdə hər şey alınmırdı, komanda dağınıq görsənirdi, çox sayda qeyri-dəqiq ötürmələr var idi". 

Xatırladaq ki, görüş "qırmızı şeytanlar"ın ikinci hissədə vurduğu qollarla 2:0 hesablı qələbə ilə başa çatıb. 

Müəllif: Məsim MƏSİMZADƏ