"Roma"nın hücumçusuna İngiltərədən 3 müştəri birdən

ESTAFET/ "Sampdoriya"nın 27 yaşlı forvardı Qreqor Defrel birdən-birə 3 Premyer Liqa klubunun maraq dairəsinə düşüb. İtaliya mətbuatının məlumatına görə, "Uotford", "Fulhem" və "Vest Hem" fransız futbolçunu transfer etmək istəyirlər. Əsas iddialının isə "Fulhem" olduğu bildirilir. 

Qeyd edək ki, müqavilə ilə "Roma"ya məxsus olan futbolçu "Sampdroiya"da 2019-cu ilin yayınadək icarə əsasında oynayır. Cari mövsümdə onun aktivində 20 oyuna 7 qol var. 

Müəllif: Bəhruz MƏMMƏDOV