Milli üzvü klubunu dəyişdi

ESTAFET/ İlk iki dövrədən sonra futzal üzrə Azərbaycan Yüksək Liqasında turnir cədvəlinə başçılıq edən EKOL mövqeyini qorumaq üçün heyətini gücləndirməyə çalışır.

Paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz Çovdarovla anlaşıb. Qış fasiləsinə qədər “Araz”ın heyətində çıxış edən futzalçı qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacağını təsdiqləyib. Qeyd edək ki, “Araz” dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb. 

Müəllif: Orxan NOVRUZOV