Yunan-Roma güləşçilərimiz "Təxti kuboku"nda çıxış edəcək

ESTAFET/ Güləşçilərimiz 2019-cu ildə beynəlxalq yarışlara start verir. Pəhləvanlarımız üçün ilk belə turnir yanvarın 24-25-də İranın Əndimeşk şəhərində keçiriləcək yunan-Roma güləşi üzrə "Təxti kuboku" olacaq.

Ənənəvi yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Rövşən Bayramov və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Ziyad Zeynalov (55 kq), Murad Bazarov, Mikayıl Rəhimov (hər ikisi 60 kq), Zaur Nuriyev (63 kq), Kərim Cəfərov (67 kq), Azad Əliyev (72 kq), Nəsir Həsənov (77 kq), Elməddin Ramazanov, Eltun Vəzirzadə (hər ikisi 82 kq) və Arif Niftullayev (97 kq) təmsil edəcək.

Qeyd edək ki, III dərəcəli beynəlxalq hakimimiz Elgün Məmmədov turnirdə ədaləti qoruyacaq.  

Müəllif: Natiq NƏSİROV