Suarez "Arsenal"da

ESTAFET/ “Barselona”nın futbolçusu Denis Suares karyerasını İngiltərədə davam etdirəcək. 25 yaşlı yarımmüdafiəçini Londonun “Arsenal” klubu mövsümün sonuna qədər icarəyə götürüb. Bu barədə "Barselona"nın mətbuat xidməti məlumat yayıb.

“Arsenal” yayda 20 milyon avro ödəyərək, Suaresin transfer hüquqlarına sahib ola bilər.

Suares cari mövsümdə Kataloniya təmsilçisiylə 8 qarşılaşmada iştirak edib və 2 qol vurub. 

Müəllif: Bəhruz MƏMMƏDOV