İrina Zaretska Premyer Liqanın finalında

ESTAFET/ Karate üzrə milli komandamızın üzvü İrina Zaretska (68 kq) Dubayda Karate1 Premyer Liqa turninin finalına yüksəlib.

Yarışa ikinci dövrədən qatılan Avropa və Dünya çempionu bir-biriin ardınca Rusiya, Çin, Misir və dünya reytinqinin lideri, Fransalı idmançı Alizee Agieri məğlub edib. Karateçimizi bazar günü həlledici görüşdə daha bir Misirli idmançı, Feryal Abdelazezlə gərgin qarşılaşma gözləyir.

4 qələbə ilə təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edən Turqut Həsənovun (-84 kq) rəqibi isə tanınmış İranlı idmançı Zəbulla Purşab olacaq.  

Müəllif: Natiq NƏSİROV