İkinci komandamız Moskvada 5-ci oldu

ESTAFET/ Bu həftəsonu, Rusiyanın Moskva şəhərində bədii gimnastika üzrə “Grand Prix” (16-17 fevral) yarışları baş tutub.

Ölkəmizi bu turnirdə qrup hərəkətləri proqramında 2-ci heyət komandamız təmsil edib. Simarə Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova, Ayna Cəfərova və Humay Əliyevadan ibarət qrup komandası həm 4 gürz-3 halqa, həm də 5 topla çıxışlarına görə finala vəsiqə qazanıblar. Qızlarımız hər iki çıxış üzrə final mərhələsində 6-cı olublar.

Qrup hərəkətləri komandamız həmçinin, çoxnövçülükdə turniri 5-ci yerlə başa vurublar. 

Müəllif: Bəhruz MƏMMƏDOV