Gimnastlarımız beynəlxalq titula layiq görüldülər

ESTAFET/ 2018-ci il ərzində gimnastika növləri üzrə keçirilmiş Dünya Çempionatlarının nəticələrinə əsasən Azərbaycan gimnastları “beynəlxalq səviyyəli gimnast” tituluna layiq görülüblər.

Qeyd edək ki, Sofiyada (Bolqarıstan) baş tutmuş Dünya Çempionatındakı nəticələrinə əsasən bədii gimnastımız Zöhrə Ağamirova, Antverpendə (Belçika) təşkil olunmuş Dünya Çempionatında akrobatlarımız, qarışıq cütlükdə çıxış edən Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi, İdman gimnastikası üzrə Çempionatda (Doha, Qətər) göstərdiyi nəticəyə görə isə kişi idman gimnastımız Nikita Simonov Beynəlxalq Gimnastika Federasiyası tərəfindən mükafatlandırılıb.  

Müəllif: Orxan NOVRUZOV