Kiçikyaşlı yeniyetmə cüdoçuların yarışında bütün qaliblər məlum olub

ESTAFET/ “Sərhədçi” İdman Olimpiya Kompleksində U-15 kiçik yaşlı yeniyetmələr arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyi başa çatıb.

Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yarışın qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub. Ümumi hesabda daha çox medal qazanan UGİM-13 komandası 1-ci yeri tutub. "Neftçi" İK 2-ci, UGİM-8 isə 3-cü olub. 

Müəllif: Bəhruz MƏMMƏDOV